Terminator 300-ə çatdı

Terminator 300-ə çatdı
18:27 21 Avqust 2017
196 İdman
Ölkə mətbuatı
A- A+


Meydan sahiblərinin 1:0 hesablı qələbəsiylə başa çatan "Qarabağ" - “İnter” oyunu Rəşad Sadıqov üçün əlamətdar olub. Fanat.Az xəbər verir ki, Terminator ləqəbli kapitan Premyer Liqada 300-cü matçına çıxıb.

 

 

Ölkə çempionatının güclülər dəstəsində 2000/01 mövsümündə “Turan”ın oyunçusu kimi debüt edən 35 yaşlı müdafiəçi Tovuz təmsilçisində 9 görüş keçirib. Legioner həyatı yaşadığı müəyyən fasilələri saymasaq, Rəşad 2001-09-cu illərdə “Neftçi”də 125, 2009-2017-ci illərdə “Qarabağ”da 166 qarşılaşmaya çıxıb. Arxa xətt oyunçusunun hesabında 16 qol var.

 

Qeyd edək ki, Rəşad Azərbaycan çempionatları tarixində yarımçıq qalan və nəticəsi ləğv olunan qarşılaşmaları saymamaqla, 300 və daha çox oyun keçirən futbolçular siyahısında 17-cidi. Onadək 16 oyunçu 300-cü arxada qoyub.


Azərbaycan çempionatları tarixinin ən çox oyun keçirən futbolçusu isə Mahmud Qurbanovdu.



Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-terminator-300-catd-t60063.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR