Dövlət Komitəsi ABŞ Dövlət Departamentinin Azərbaycanda din azadlığına dair hesabatına etirazını bildirib

Dövlət Komitəsi ABŞ Dövlət Departamentinin Azərbaycanda din azadlığına dair hesabatına etirazını bildirib
18:37 21 Avqust 2017
212 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 21 avqust. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov ABŞ səfirliyinin siyasi məsələlər üzrə müşaviri Villiam Solley ilə görüşüb.
Komitədən "Report"a verilən məlumata görə, S.Heydərov ölkədəki dini durum barədə ətraflı məlumat verərək bildirib ki, Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı ölkə kimi tanınır: "Respublikamızda islam və qeyri-islam dini icmalara fəaliyyətlərinin genişləndirilməsi, vicdan azadlığının təmin edilməsi məqsədilə dövlət tərəfindən mütəmadi olaraq qayğı göstərilir, maliyyə yardımı ayrılır".
"Son günlərdə ABŞ Dövlət Departamentinin Azərbaycanda din azadlığına dair açıqladığı illik hesabatda dini durumdakı pozitiv məqamları əks etdirən bəzi məlumatların yer almasından məmnunuq. Lakin bununla yanaşı, hesabatda həqiqəti əks etdirməyən bir sıra məlumatlar da yer alıb. Real faktlara əsaslanmayan həmin məlumatlar ətrafında Dövlət Komitəsinini rəhbərliyi ilə ABŞ səfirliyi arasında dəfələrlə müzakirələr aparılıb, bu hallara aydınlıq gətirilməsinə baxmayaraq, onların yenidən hesabatda yer almasından təəssüflənirik", - Dövlət Komitəsi sədrinin müavini qeyd edib. 
V.Solley həll olunmuş bəzi məsələlərin yenidən hesabatda irad kimi qeyd olunmasından təəccübləndiyini bildirib, eyni zamanda belə qeyri-obyektiv məlumatların yayılmasının qarşısının alınması üçün əməkdaşlığın və müzakirələrin daha da intensivləşdirilməsinin vacibliyini vurğulayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/din/dovlet-komitesi-abs-dovlet-departamentinin-azerbaycanda-din-azadligina-dair-hesabati

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR