Obameyanq məsələsi nöqtələndi - RƏSMİ

Obameyanq məsələsi nöqtələndi  - RƏSMİ
18:57 21 Avqust 2017
257 İdman
Ölkə mətbuatı
A- A+

Pyer - Emerik Obameyanq Dortmund "Borussiya"sında qalacaq. Fanat.Az xəbər verir ki, bu haqda klubun idman direktoru Mixael Tsork danışıb:

"Obameyanqla onun transferiylə bağlı söhbətimiz olub. Özünə də demişik ki, danışıq apardığımız klublarla ortaq məxrəcə gələ bilmədik. Bu üzdən heç yerə getməyəcək. O, "Borussiya"da qalır".


Qeyd edək ki, Obameyanqın keçidini həll etmək üçün "Milan" daha çox canfəşanlıq edirdi. Qabonlu futbolçu peşəkar karyerasına 2007-ci ildə məhz sözügedən İtaliya klubunda başlayıb. Lakin milanlıların əsas komandasında 1 oyun da keçirməyib.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-obameyanq-mslsi-noqtlndi-t60064.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR