"Qəbələ" "Dinamo"nu yendi

"Qəbələ" "Dinamo"nu yendi
19:27 21 Avqust 2017
204 İdman
Ölkə mətbuatı
A- A+

“Qəbələ” və Gürcüstanın “Dinamo” (Tbilisi) klublarının aşağı yaş qruplarından olan komandalar arasında ilk matçlar keçirilib. Fanat.Az xəbər verir ki, “qırmızı-qaralar”ın U-13 və U-15-i Qəbələdə səfərdə olan qonşu ölkədən gələn həmyaşıdları ilə görüşüb.


 

13 yaşadək futbolçuların oyunu məhsuldar alınıb. 3:2 hesabı ilə qalib gələn “Qəbələ”nin heyətində Elmir Hüseynli, Murad Ələkbərov və Eşqin Əhmədov rəqib qapısına yol tapıb. U-15 komandalarının matçında isə 1 qol vurulub. Bu qarşılaşmada qonaqlar qalib gəlib. İki gündən sonra U-13 və U-15-lər yenidən üz-üzə gələcək.


Xatırladaq ki, iki klub arasında razılığa əsasən, “Dinamo”nun iki yaş qrupu üzrə təmsilçisi Qəbələdə hazırlıq keçib, yoxlama oyunları keçirəcək. Bir neçə aydan sonra isə “qırmızı-qaralar”ın digər iki yaş qrupu üzrə komandası Tbilisiyə səfər edəcək.



Mənbə: gabalafc.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqblquot-quotdinamoquotnu-yendi-t60066.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR