Bakı. 21 avqust. REPORT.AZ/ Son üç gündə Macarıstanda sərhədi qanunsuz keçmək istəyən 162 qaçqın saxlanılıb.
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında qeyd olunur ki, avqustun 7-dən 20-dək ölkənin dövlət sərhədlərində ümumilikdə 482 qaçqın saxlanılıb.
Qaçqın axınının qarşısını almaq üçün Serbiya ilə sərhəddə tikanlı məftillər çəkilib. Bununla yanaşı, sərhədyanı rayonlarda fövqəladə vəziyyət elan edilib və sərhədi qanunsuz keçmək cəhdinə görə cəza sərtləşdirilib.