Polşanın hakim “Haqq və Ədalət” Partiyasının siyasətçiləri yalnız Almaniya deyil, həmçinin Rusiyadan hərbi təzminat tələb etmək qərarına gəliblər.
Publika.az xəbər verir ki, bu haqda dziennik.pl portalı yazıb.
Gözlənilən təzminatın məbləği hələlik məlum deyil. Amma siyasətçilər əmin edirlər ki, trilyonlarla zlotadan (Polşanın pul vahidİ. 1 trilyon zlota təxminən 275 milyard dollardır –red.) söhbət gedir.
Deputat Stanislav Penta bildirir ki, Polşa Rusiyadan hərbi təzminat tələb etməlidir. SSRİ-nin Polşa vətəndaşlarına qarşı cinayətlərini sadalayan Stanislav Penta həmçinin məhv edilmiş maddi və mədəni dəyərlər haqqında danışır.
“Moskva bizə trilyonlarla zlota ödəməlidir. Amma Rusiyadan təzminatın dəqiq məbləği hesablanmalıdır. Biz itkiləri və mümkün iddiaları qiymətləndirməliyik”, - o əlavə edib.
Deputat Malqojat Qoşevskaya da oxşar fikirlə çıxış edir.
“Rusiyalılar sənayeni və incəsənət əsərləri oğurladılar. Biz onlardan hərbi təzminatın alınmasına nail olmalıyıq”, - o vurğulayıb.
“Haqq və Ədalət” Partiyasının sədri Yaroslav Kaçinski və müdafiə naziri Antoni Maçereviç iyul ayında oxşar tonda bəyanatlar səsləndirib.
Qeyd edək ki, partiyanın deputatı Arkadiuş Mulyarçik hərbi itkilərə görə Almaniyadan kompensasiyalar tələbi ilə ötən həftə seymin analitik bürosuna müraciət edib.
Ömər Dağlı