Müşviqabadda qəza - 2 yaralı

Müşviqabadda qəza - 2 yaralı
22:54 21 Avqust 2017
337 Digər
Ölkə mətbuatı
A- A+

Abşeron rayonunda yol qəzası baş verib.

 

Lent.az-ın “trend”ə istinadən xəbərinə görə, hadisə rayonun Müşviqabad qəsəbəsində baş verib.

 

99 GP 739 dövlət nömrə nişanlı Chevrolet -AVEO markalı avtomobil qəsəbə ərazisində piyada keçidində piyadaya yol verərkən arxadan gələn KAMAZ markalı avtomobil idarəetməni itirərək həmin maşına çırpılıb. Hadisə nəticəsində Chevrolet-AVEO markalı aşaraq yolun kənarına çırpılıb. Qəza nəticəsində minik avtomobilində olan 2 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

 

Qəza nəticəsində Bakı-Şamaxı yolunda tıxac yaranıb. Hazırda əraziyə gələn yol polisləri tıxacın aradan qaldırılması istiqamətində tədbirlər görür.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/281650

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR