Ukrayna üzrə ABŞ-Rusiya görüşü başa çatdı

Ukrayna üzrə ABŞ-Rusiya görüşü başa çatdı
23:03 21 Avqust 2017
330 Dünya
Ölkə mətbuatı
A- A+

Bu gün ABŞ-ın Ukrayna üzrə rəsmi nümayəndəsi Kurt Volkerlə Rusiya prezidentinin köməkçisi Vladislav Surkov arasında Minskdə görüş keçirilib.

Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, Surkov görüşü faydalı və konstruktiv adlandırıb.

“Biz razılaşdıq ki, Ukraynanın cənub-şərqində cari vəziyyət nə münaqişə tərəfləri, nə də xarici gücləri qane edir”, - Surkov bildirib.

O həmçinin qeyd edib ki, müzakirələr qarşılıqlı hörmət və maraq tonunda keçirilib.

“Minsk razılaşmaları heç bir şübhə altına qoyulmadı. Hər iki tərəf onların reallaşdırılması üçün yeni ideyalar və novator yanaşmaları təklif etdi”, - Surkov əlavə edib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/210617.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR