Bakı. 21 avqust. REPORT.AZ/ Əfqanıstanın paytaxtı Kabil şəhərində partlayış törədilib.
"Report"un məlumatına görə, bu barədə "Reuters" şahidlərə istinadən xəbər verib.
Xəbərdə bildirilir ki, partlayış siqnalizasiyanın işə düşməsinə səbəb olub. Hadisənin baş verdiyi ərazidə bir neçə ölkənin səfirliyi yerləşir. Partlayışdan əvvəl ABŞ-ın bu ölkədəki səfirliyinin raket atəşi xəbərdarlığı üçün istifadə etdiyi siqnalizasiya işə düşüb.