Livan ordusu İŞİD rəhbərlərindən birini həbs edib

Livan ordusu İŞİD rəhbərlərindən birini həbs edib
00:27 22 Avqust 2017
318 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 22 avqust. REPORT.AZ/ Livanın hərbi kəşfiyyatı Ərsal yaxınlığındada orduya hücumda və 2014-cü ildə hərbi qulluqçuların oğurlanmasında iştirak etmiş, İŞİD terror qruplaşmasının başçılarından olan, Basil Əbdül Qadirin tutulması əməliyyatını uğurla yerinə yetirib.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, o, Ərsalda, Vadi Əl-Araneb ərazisində saxlanılıb. İŞİD-in təhlükəsizlik məsələləri üzrə cavabdeh olan "Sakir Ərsal" ləqəbli terrorçu Suriya vətəndaşıdır. Hərbi mənbənin verdiyi məlumata görə, o, həmçinin 2014-cü ildə Əl-Hüsn hücumda və Livan əsgərlərinin oğurlanmasında, öldürülməsində ittiham edilir.
İŞİD terrorçuları 2014-cü ilin avqustunda Suriya ilə sərhəddə, Ərsalda Livan ordusunun mövqelərinə hücum edərək 9 hərbi qulluqçunu oğurlayıblar. Onların taleyi bu günə kimi naməlumdur.
Livan ordusunun komandanlığı şənbə günü Suriya ilə sərhəddə İŞİD əleyhinə əməliyyata başladığını bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/livan-ordusu-i-si-d-rehberlerinden-birini-hebs-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR