İtaliyada zəlzələ baş verib, ölən var

İtaliyada zəlzələ baş verib, ölən var
01:58 22 Avqust 2017
53 Dünya
Ölkə mətbuatı
A- A+

İtaliyanın İskya adasında 3,6 bal gücündə zəlzələ baş verib.

Publika.az RİA Novosti agentliyinə istinadən bildirir ki, yeraltı təkanların episentri adanın qərb sahilində, ocağı isə 10 km dərinlikdə yerləşib.

İskya adasında baş verən zəlzələ nəticəsində hələlik bir qadının öldüyü bildirilir.

Xilasedicilər dağıntılar altında qalanların ola biləcəyini və ölənlərin sayının artacağını istisna etmirlər. Hazırda İskya kurort adasında elektrik enerjisi tamamilə kəsilib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/210628.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR