ABŞ prezidenti Donald Tramp Əfqanıstana əlavə 4 min hərbçinin göndərilməsinə dair qərar qəbul edib.
APA-nın məlumatına görə, bu barədə “Fox News” telekanalı xəbər verib. Müvafiq qərarın yaxın saatlarda elan olunacağı gözlənilir.
Avqustun 18-də D.Tramp Kemp-Deviddə Milli Təhlükəsizlik Şurasının iclasını keçirib. Tədbirdə əsas müzakirə mövzusu Cənubi Asiyada, o cümlədən Əfqanıstanda vəziyyət olub.
Bu ilin iyununda D.Tramp Pentaqon rəhbəri Ceyms Mettisə Əfqanıstanda ABŞ hərbi kontingentinin sayının müəyyənləşdirilməsinə dair səlahiyyətlər verib.
Qeyd edək ki, 2001-ci ildən Əfqanıstanda "Taliban" hərəkatına qarşı hərbi əməliyyatlar aparan ABŞ-ın hazırda bu ölkədə 8400 hərbi qulluqçusu var.