Yaponiyada yük gəmisi batıb: itkin düşənlər var

Yaponiyada yük gəmisi batıb: itkin düşənlər var
04:47 22 Avqust 2017
207 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 22 avqust. REPORT.AZ/ Yaponiyanın Naqasaki prefekturasının suları ərazisində yük gəmisinin batması nəticəsində 5 nəfər itkin düşüb.
"Report"un məlumatına görə, bu barədə "NHK" telekanalı xəbər verib.
Bildirilir ki, 100 tonluq "Aoi-maru" yük gəmisi Küsü və Hirado adalarını birləşdirən Hirado körpüsündən 4 kilometr məsafədə batıb.
Ekipaj üzvlərindən biri yaxınlıqdakı gəmi tərəfindən xilas edilib. Onun sözlərindən məlum olub ki, yük gəmisinin - barjanın göyərtəsində daha 5 nəfər olub. Onların sonrakı taleyi müəmmalıdır.
Yaponiyanın Dənizdə Təhlükəsizlik Xidməti axtarışlar aparır və qəzanın səbəblərini araşdırır.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/yaponiyada-yuk-gemisi-batib-itkin-dusenler-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR