Bakıda avtomobil yerüstü piyada keçidindən keçməyən şəxsi vuraraq öldürüb

Bakıda avtomobil yerüstü piyada keçidindən keçməyən şəxsi vuraraq öldürüb
04:52 22 Avqust 2017
208 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 avqust. REPORT.AZ/ Bakıda avtomobil yerüstü piyada keçidindən keçməyən şəxsi vuraraq öldürüb.
"Report" xəbər verir ki, hadisə aeroport yolunun Suraxanı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Ramana qəsəbəsi ərazisində yerüstü piyada keçidinin altında təxminən 40 yaşlı kişi yolu keçmək istəyən zaman onu Vüsal Hüseynovun idarəetməsində olan "Naz Lifan" markalı avtomobil vurub. 
Nəticədə hələlik şəxsiyyəti məlum olmayan şəxs hadisə yerində ölüb. Avtoqəzanın qeydə alındığı əraziyə yol patrul xidməti və polis əməkdaşları cəlb edilib. Sürücü V.Hüseynov Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Hadisə şahidlərinin "Report"a verdiyi məlumata görə, ölən piyada tək olmayıb. Onunla birlikdə başqa bir nəfər də yolu keçirmiş. Hər iki şəxs sərxoş imiş.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət işi başlanılıb






Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-yerustu-piyada-kecidinden-kecmeyen-sexsi-avtomobil-vuraraq-oldurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR