Bakıda 17 yaşlı gənc kütləvi dava zamanı bıçaqlanıb

Bakıda 17 yaşlı gənc kütləvi dava zamanı bıçaqlanıb
05:52 22 Avqust 2017
202 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 avqust. REPORT.AZ/ Bakıda kütləvi dava zamanı gənc oğlana 3 bıçaq zərbəsi vurulub.
"Report"un xəbərinə görə, hadisə Nizami rayonunda baş verib.
Belə ki, 8-ci kilometr qəsəbəsinin yaxınlığında 4 nəfər arasında əlbəyaxa dava olub. Dava zamanı 17 yaşlı Bağırov Elgün Firudin oğlunun ayaq nahiyəsinə 3 bıçaq xəsarəti yetirilib. O, çoxlu qan itirdiyindən taksi vasitəsilə xəstəxanaya çatdırılıb və yaralıya tibbi yardım göstərilib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin əməkdaşları hadisə yerinə cəlb edilib.
Fakt araşdırılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-kutlevi-dava-zamani-genc-oglana-3-bicaq-zerbesi-vurulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR