DİQQƏTLİ OLUN! - Hesabınız oğurlana bilər

DİQQƏTLİ OLUN! - Hesabınız oğurlana bilər
06:03 22 Avqust 2017
Ölkə mətbuatı
A- A+

"İnstaqram" istifadəçiləri bir neçə gündür kiber hücumlarına məruz qalır.

Publika.az metbuat.az-a istinadən bildirir ki, sosial şəbəkə hesablarının oğurlanması elektron məktub vasitəsi ilə həyata keçirilir. Belə ki, poçt qutusuna göndərilən məktubda sözügedən şəbəkədəki hesabın təsdiqlənməsi müqabilində profilin rəsmi qeydiyyata düşəcəyi bildirilir. Amma linkə daxil olanların hesabı oğurlanıb.

Kiber hucumla bağlı qanunvericilik nə deyir?

Məsələ ilə açıqlama verən hüquqşunas Xəyal Bəşirov bildirir ki, Kiber cinayətlərlə bağlı məsələ Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 30-cu fəslə daxil edilib:

“Link göndərilməsində məqsəd şəxsi məlumatların ələ keçirilməsidir. Əslində, həmin şəxsin buna heç bir hüququ yoxdur. Həmin maddənin sanksiyasına əsasən, kiber cinayət törətmiş şəxsi 2 ilə qədər müəyyən vəzifə tutmaq və fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etməklə, 2 min manatadək cərimə və ya 2 il müddətinə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Bu hal yenidən təkrar edilərsə, 2 ildən 4 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Eyni zamanda, 4 min manatdan 6 min manatadək cərimə nəzərdə tutulur”.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ikt/210636.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR