İraq Kürdüstanda keçirilən referendumu tanımaqdan imtina edib

İraq Kürdüstanda keçirilən referendumu tanımaqdan imtina edib
08:07 22 Avqust 2017
139 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 22 avqust. REPORT.AZ/ İraqın Rusiyadakı səfiri Heydər Hadi bildirib ki, rəsmi Bağdad Kürdüstan hakimiyyətinin müstəqilliklə bağlı referendumunun legitimliyini tanımır.
"Report" xəbər verir ki, bu barədə "İzvestiya" məlumat yayıb.
"Hər şeydən əvvəl qeyd etmək istəyirəm ki, İraq kürdlərinin sentyabırn 25-də nəzərdə tutduqları referendum hökumət tərəfindən qəbul olunmur. Bu, bizim Konstitusiyamızla ziddiyyət təşkil edir", - deyə o bildirib.
Diplomat vurğulayıb ki, BMT nöqteyi-nəzərindən də referendum qanunsuzdur.
"Müraciət edib deyirik ki, gəlin referendumu dayandıraq və nə qədər ki, bütün problemli məsələlər üzrə görə anlaşmaya gəlməmişik, dialoqu davam etdirək. Çünki indi (referendumun-red) vaxtı deyil", - deyə Hadi fikirlərini yekunlaşdırıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/i-raq-kurdustanda-kecirilen-referendumu-tanimaqdan-imtina-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR