Lerikdə baş verən yanğında bir ailənin 3 üzvü yanaraq ölüb

Lerikdə baş verən yanğında bir ailənin 3 üzvü yanaraq ölüb
09:17 22 Avqust 2017
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 avqust. REPORT.AZ/ Lerik rayonunda baş verən yanğında bir ailənin 3 üzvü yanaraq ölüb. 
"Report" xəbər verir ki, məlumatı FHN-nin rəsmi saytı yayıb. 
Məlumata görə, Lerik rayonu, Vizəzəmin kəndində ümumi sahəsi 135 m2 olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb. Yanğının kəşfiyyatı zamanı 1 nəfər tüstüdən yüngül zəhərlənən halda yanğınsöndürənlər tərəfindən evdən çıxarılaraq Təcili Tibbi Yardım xidmətinə təhvil verilib və ona yerində ilkin tibbi yardım göstərilib. 
Yanğınsöndürənlər tərəfindən ev sahibi 1963-ci il təvəllüdlü Hüseynov Elman Mirzəhüseyn oğlunun, həyat yoldaşı 1967-ci il təvəllüdlü Hüseynova Şüküfə Qüdrət qızının və ev sahibini 1995-ci il təvəllüdlü qızı Mirzəzadə Süsən Elman qızını yanmış meyitləri aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/lerikde-bas-veren-yanginda-bir-ailenin-3-uzvu-yanaraq-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR