Azərbaycanda dəmir yolunun Atbulaq-Ələt mənzilindəki yol əsaslı təmir olunur

Azərbaycanda dəmir yolunun Atbulaq-Ələt mənzilindəki yol əsaslı təmir olunur
09:32 22 Avqust 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 22 avqust.REPORT.AZ/ Azərbaycan dəmir yollarının Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. Bu gün isə Atbulaq-Ələt mənzilində 12 km uzunluğunda yolun əsaslı təmirinə start verilib. 
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a daxil olan məlumatda bildirilib.
Əsaslı təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. Təmir işləri bir həftə davam edəcək.
Xatırladaq ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC ilə Çexiyanın “Moravia Steel” şirkətləri arasında “Azərbaycan dəmir yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə ixrac müqaviləsinə əlavə saziş imzalanıb.
Yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 336 km dəmir yolu əsaslı təmir olunub. 


Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/azerbaycanda-demir-yolunun-atbulaq-elet-menzilindeki-yol-esasli-temir-olunur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR