Rumıniya klubunun futbolçusu penaltini vura bilməyən komanda yoldaşı ilə dalaşıb

Rumıniya klubunun futbolçusu penaltini vura bilməyən komanda yoldaşı ilə dalaşıb
09:47 22 Avqust 2017
116 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 22 avqust. REPORT.AZ/ Futbol üzrə Rumıniya çempionatının VII turunda Buxarestin "Yuventus" və "Styaua" komandaları arasında keçirilmiş matçın uzatma dəqiqələrində qeyri-adi hadisə baş verib. "Report"un məlumatına görə, "Yuventus"un oyunçuları George Kalintaru və Valentin Barbulesku bir-biri ilə dalaşıb.
Buna Kalintarunun 90+6-cı dəqiqədə "Styaua"nın qapısına təyin olunmuş penaltini Panenka üslubunda vurma cəhdi səbəb olub. Həmin zərbəni rəqib qapıçı Florin Nitse asanlıqla tutub. Nəticədə "Yuventus" 1:2 hesabı ilə uduzub.
Bundan sonra Barbulesku Kalintaruya iradlar bildirərək, onu itələyib. Münaqişənin daha da böyüməsinə onların komanda yoldaşları imkan verməyiblər.
Qeyd edək ki, "Yuventus" Rumıniya çempionatında 7 turdan sonra 2 xalla sonuncu pillədə qərarlaşıb. Komandanın heyətində ötən mövsüm azarkeşi vurduğu üçün "Neftçi"dən qovulan Katalin Tira da yer alıb. Lakin Tira "Styaua" ilə matçda sonadək ehtiyatda qalıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/ruminiya-klubunun-futbolcusu-penaltini-vura-bilmeyen-komanda-yoldasi-ile-dalasib-vi-deo

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR