"Qarabağ" artıq Kopenhagendə

"Qarabağ" artıq Kopenhagendə
09:57 22 Avqust 2017
131 İdman
Ölkə mətbuatı
A- A+

Dünən saat 17:50-də Bakı - Kopenhagen reysiylə Danimarkaya yollanan "Qarabağ" artıq mənzil başına çatıb.


Fanat.Az xəbər verir ki, "köhlən atlar" Danimarka paytaxtına çatmaq üçün 5 saatlıq yol qət ediblər. Gecəni istirahətlə keçirən komanda üzvləri bu gün oyunun keçiriləcəyi saatda "Parken" stadionunda məşqə çıxacaqlar. Bundan əvvəl isə Qurban Qurbanov jurnalistlərin suallarını cavablandıracaq. 


Qeyd edək ki, "Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında sabah "Kopenhagen”in qonağı olacaq. Qarşılaşma Bakı vaxtıyla saat 22:45-də start götürəcək.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqarabaquot-artq-kopenhagend-t60068.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR