Arda Turan hansı klubda oynayacaq?

Arda Turan hansı klubda oynayacaq?
10:17 22 Avqust 2017
134 İdman
Ölkə mətbuatı
A- A+

"Qalatasaray" bir müddətdi heyətinə qatmağa çalışdığı Arda Turanın transferi üçün növbəti addımlarını atmağa hazırlaşır. Fanat.Az xəbər verir ki, türklər yaxın günlərdə "Barselona" rəhbərliyi ilə yenidən bir araya gələrək transferi bitirmək istəyir.


"Barselona"nın baş məşqçisi Ernesto Valverde Ardaya oynamaq şansı vermir. Düzdü, "Betis"lə La Liqa matçında zədəlilərin çoxluğu səbəbindən türk futbolçunun adı "18-liy"ə daxil edilsə də, meydana çıxmayıb. Artıq Arda özü də "Barselona"da gələcəyinin olmadığını anlayır və "Qalatasaray"a dönməyə hazırlaşır.


"Qalatasaray" onu bir illik icarəyə götürmək istəyir və buna görə "Barselona"ya 3 milyon avro icarə haqqı, futbolçunun özünə 4 milyon avro maaş təklif edir. Kataloniyalılar Ardanı satmaq istədiyindən hələ ki, anlaşma əldə olunmayıb.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-arda-turan-hans-klubda-oynayacaq-t60069.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR