Tovuz sakini əmisi arvadını döyərək əlini və ayaqlarını sındırıb

Tovuz sakini əmisi arvadını döyərək əlini və ayaqlarını sındırıb
10:22 22 Avqust 2017
111 Ölkə
Ölkə mətbuatı
A- A+

Tovuz. 22 avqust. REPORT.AZ/ Tovuz rayon sakini əmisi arvadını döyərək xəstəxanalıq edib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Alakol kəndində baş verib.
Belə ki, həmin kəndin sakini, 1971-ci il təvəllüdlü Sevda Şəmşəd qızı Rüstəmova ailə münaqişəsi zəminində qaynının oğlu tərəfindən döyülərək ağır bədən xəsarətləri alıb. O, yaxınları tərəfindən xəstəxanaya çatdırılıb.
Xəstəxanadan "Report"un yerli bürosuna bildirilib ki, qadının hər iki ayağı və sağ əli sınıb: "Yaralı ağır və huşunu itirmiş vəziyyətdə xəstəxanaya gətirilib. Qadın baş, üz və qarın nahiyələrindən ağır xəsarətlər alıb. Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra travmatologiya şöbəsinə yerləşdirilib və vəziyyəti ağırdır".
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/tovuz-sakini-emisi-arvadini-doyerek-elini-ve-ayaqlarini-sindirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR