ABŞ belə məhv ediləcək: Şimali Koreyadan AMANSIZ CƏZA - VİDEO

ABŞ belə məhv ediləcək: Şimali Koreyadan AMANSIZ CƏZA - VİDEO
10:53 22 Avqust 2017
163 Dünya
Ölkə mətbuatı
A- A+

Koreya Xalq Demokratik Respublikası birgə təlimlər keçirən ABŞ və Cənubi Koreyanı “amansız cəza” ilə hədələyib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Koreya Xalq Demokratik Respublikasının hərbi komandanlığının elan edilmiş bəyanatında deyilir.

Pxenyan təlimlərı silahlı konfliktin məşqi kimi qəbul edib.

“Birləşmiş Ştatlar unutmalı deyil ki, bizim hərbi gücümüz hərəkət etmək üçün hazır vəziyyətdədir. Dağıdıcı nəticələrə görə məsuliyyət tamamilə bizimlə hərbi qarşıdurma yolunu seçən ABŞ-ın üzərinə düşür”, - bəyanatda bildirilir.

Şimali Koreya həmçinin ABŞ-a məxsus Quam adasını necə məhv edəcəyinə dair video hazırlayaraq, internet şəbəkəsinə yerləşdirib.

Qeyd edək ki, “Ulchi Freedom Guardian” (UFG) adlı hərbi təlimlər bazar ertəsi başlanıb və 10 gün davam edəcək. Təlimlərdə təxminən 50 min Cənubi Koreya və 17,5 min amerikalı hərbi qulluqçu iştirak edir. Təlimlər mütəmadi olaraq ballistik raket sınağı keçirən Şimali Koreyaya ünvanlanmış xəbərdarlıq kimi qiymətləndirilir.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/210659.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR