Azərbaycan Belarusdan çörək almağa başlayıb

Azərbaycan Belarusdan çörək almağa başlayıb
10:57 22 Avqust 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 22 avqust.REPORT.AZ/ Belarusun çörək və un məmulatları istehsalçısı olan "Qrodnoxlebprom" ASC nümunə olaraq Azərbaycana 15 adda çörək-bulka məmulatı göndərib. "Report"un məlumatına görə, bu barədə Belarus mətbuatı yazıb.
Qeyd edək ki, müəssisə hər ay Rusiyaya təxminən 3 ton çörək tədarük edir. Tələbat olduğundan yaxın vaxtlarda ixracın həcminin artırılması planlaşdırılır.
Eyni zamanda, "Qrodnoxlebprom"un çörək-bulka məmulatları Nyu-York, Los-Anjeles də daxil olmaqla, dünyanın başqa bazarlarına da ixrac edilir. 

Xəbərin orijinal ünvanı: https://report.az/ask/azerbaycan-belarusdan-corek-almaga-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR