"Marca" nəşri "Qarabağ"dan üzr istədi!

"Marca" nəşri "Qarabağ"dan üzr istədi!
11:07 22 Avqust 2017
113 İdman
Ölkə mətbuatı
A- A+

İspaniyanın “Marca” nəşri seperatçı bölgələri təmsil edən futbol komandaları haqqında hazırladığı yazıda “Qarabağ”ın da adını qeyd edib.


Məşhur nəşrdə Ağdam klubunu Qondarma Dağlıq Qarabağ Respublikasının təmsilçisi kimi təqdim edilərək, “Hazırda Moldova və Azərbaycan öz müstəqilliklərini birtərəfli elan etmiş ərazilərə qarşı mübarizə aparır. Moldova Dnestryanı, Azərbaycan isə Dağlıq Qarabağı özünə tabe etməyə çalışır. Maraqlıdır ki, bu bölgələri təmsil edən “Şerif” tabe olmadığı Moldova, “Qarabağ” da tabe olmadığı Azərbaycan çempionatlarında mübarizə aparırlar. Hər ikisi son ilin çempionlarıdır” yazılıb.


Lakin, Azərbaycan tərəfinin “Marca”ya etirazından sonra məşhur nəşr sözügedən yazıdakı səhvini düzəldib, “Qarabağ”dan da üzr istəyib.(Yenicag.az)



Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotmarcaquot-nri-quotqarabaquotdan-uzr-istdi-t60070.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR