QMİ "İslam həmrəyliyi ili" çərçivəsində bir neçə ölkədə tədbirlər keçirəcək

QMİ "İslam həmrəyliyi ili" çərçivəsində bir neçə ölkədə tədbirlər keçirəcək
11:07 22 Avqust 2017
99 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 avqust. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Azərbaycanda "İslam həmrəyliyi ili" çərçivəsində Türkiyə, Rusiya, Özbəkistan, İspaniya və Mərakeşdə bir sıra tədbirlər keçirməyi planlaşdırır.
QMİ-dən "Report"a verilən məlumata görə, adıçəkilən ölkələrlə birgə keçirilməsi nəzərdə tutulan tədbirlər ilin sonunadək baş tutacaq.   
Bildirilib ki, QMİ əvvəllər də Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, habelə digər yerli və xarici təşkilatlarla birgə təkçə Azərbaycanda deyil, həmçinin xarici ölkələrdə bir sıra beynəlxalq əhəmiyyətli tədbirlər keçirib. Belə ki, ötən il İspaniyada, bu ilin mart-aprel aylarında Bakıda, Finlandiyada, avqust ayında isə İranda beynəlxalq konfranslar keçirilib.

Xəbərin orijinal ünvanı: https://report.az/din/qmi-i-slam-hemreyliyi-ili-cercivesinde-bir-nece-olkede-tedbirler-kecirecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR