Azərbaycanın daha 4 yunan-Roma güləşçisi dünya çemionatında mübarizəyə qoşulur

Azərbaycanın daha 4 yunan-Roma güləşçisi dünya çemionatında mübarizəyə qoşulur
11:12 22 Avqust 2017
108 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 22 avqust. REPORT.AZ/ Fransanın paytaxtı Parisdə keçirilən dünya çempionatında bu gün daha 4 çəkidə yunan-Roma güləşçiləri mübarizə aparacaqlar.
"Report"un məlumatına görə, ikinci yarış günündə 59 kq, 66 kq, 80 kq və 130 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək. Azərbaycan bu çəkilərin hamısında təmsil olunacaq.
59 kq
1/16 final. Maksim Kazarski (Belarus) - Taleh Məmmədov
66 kq
1/16 final. Kamran Məmmədov - Hansu Ryu (Cənubi Koreya)
80 kq
1/16 final. Roman Vlasov (Rusiya) - Elvin Mürsəliyev
130 kq
1/8 final. N.Kuçma (Ukrayna) / Mantas Knistautas (Litva) - Sabah Şəriəti
Görüşlərə Bakı vaxtı ilə saat 12:00-da start veriləcək. Final qarşılaşmaları isə saat 21:00-da başlanacaq.
Qeyd edək ki, ilk yarış günündə Azərbaycan yunan-Roma güləşçilərindən ən yüksək nəticəni 85 kq çəki dərəcəsində çıxış edən İslam Abbasov göstərib. O, 5-ci yeri tutub.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azerbaycanin-daha-4-yunan-roma-gulescisi-dunya-cemionatinda-mubarizeye-qosulur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR