Bakı. 22 avqust. REPORT.AZ/ Niderlandın Azərbaycandakı səfiri Onno Kervers Sabirabad rayonuna səfər edib.
Niderland səfirliyindən "Report"a verilən məlumata görə, o, uşağın cinsinə görə edilən selektiv abortların qarşısının alınması layihəsinə həsr olunmuş tədbirdə iştirak edib.
Qeyd edək ki, bu layihə Niderland Krallığı tərəfindən maliyyələşdirilir və BMT-nin Əhali Fondu və yerli icra hakimiyyəti tərəfindən həyata keçirilir.
Bundan başqa, səfir Sabirabad rayonunda vətəndaş cəmiyyətinin nümayəndələri və rəsmi şəxslərlə görüşüb.