Azərbaycan İpoteka Fondu nizamnamə kapitalını 19% artırır

Azərbaycan İpoteka Fondu nizamnamə kapitalını 19% artırır
11:47 22 Avqust 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 22 avqust. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Azərbaycan İpoteka Fondu” ASC-nin (AİF) yeni səhm emissiyasını dövlət qeydiyyatına alıb.
“Report” xəbər verir ki, emissiya hər birinin nominal dəyəri 1 manat olan 58 761 329 ədəd səhmin dövriyyəyə buraxılmasını nəzərdə tutur. Son nəticədə AİF-in nizamnamə kapitalı 19,13% artaraq 307,239 mln. manatdan 366 mln. manata çatdırılacaq.
Xatırladaq ki, kapital artımı Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” 22 iyun 2016-cı il tarixli fərmanında nəzərdə tutulub.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycan-i-poteka-fondu-nizamname-kapitalini-19-artirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR