Azərbaycanın yeni yaradılmış meyvə-tərəvəz ixracatçısı nizamnamə kapitalını formalaşdırır

Azərbaycanın yeni yaradılmış meyvə-tərəvəz ixracatçısı nizamnamə kapitalını formalaşdırır
11:52 22 Avqust 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 22 avqust. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Meyvə və tərəvəz ixrac əməliyyatları üzrə” QSC-nin səhm emissiyasını dövlət qeydiyyatına alıb.
“Report” xəbər verir ki, emissiya hər birinin nominal dəyəri 20 manat olan 100 ədəd səhmin dövriyyəyə buraxılmasını nəzərdə tutur. Səhmlər qapalı üsulla yerləşdiriləcək və şirkətə 2 min manatlıq nizamnamə kapitalı formalaşdırmağa imkan verəcək.
Xatırladaq ki, adıçəkilən meyvə-tərəvəz ixracatçısını Vergilər Nazirliyi bu il, iyulun 7-də dövlət qeydiyyatına alıb. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocahəsən yolu, 57, qanuni təmsilçisi isə Kahin Muxtar oğlu Əskərovdur. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycanin-yeni-yaradilmis-meyve-terevez-ixracatcisi-nizamname-kapitalini-formalasdirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR