Azərbaycanlının qardaşı da adamdöyən çıxdı – YENİ TƏFƏRRÜATLAR

Azərbaycanlının qardaşı da adamdöyən çıxdı – YENİ TƏFƏRRÜATLAR
12:03 22 Avqust 2017
133 Ölkə
Ölkə mətbuatı
A- A+

Pauerliftinq üzrə dünya və Avropa çempionu olan Rusiya vətəndaşı Andrey Draçyovun qətlində şübhəli bilinən azərbaycanlıAnar Allahverənovun qardaşı hazırda həbsxanadadır.

Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, Natiq Xabarovskda adam döyməkdə ittiham olunaraq həbs edilib.

Qeyd edilir ki, şübhəlilər Yevgeni Rufanov və Natiq Allahverənov polis tərəfindən 11 ay axtarılıb və 2013-cü ildə saxlanılıb.

“Görürük ki, insanların döyülməsi ailənin xüsusiyyətidir. Qardaşı yalnız insanı döyübsə, Anar onu öldürüb”, - xəbərə reaksiya verən blogerlərdən biri yazıb.

Xatırladaq ki, avqustun 20-də səhər Andrey Draçyov Xabarovskda kafenin qarşısında bir nəfərlə dalaşan zaman başından aldığı zərbə nəticəsində xəstəxanada ölüb. Rusiya KİV-inin yazdığına görə, A. Draçyovu öldürən şəxs Amur sakini olan 1992-ci il təvəllüdlü Allahverənov Anar Əliyar oğludur. O, hazırda axtarışdadır.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/210673.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR