Hacıqabulda ölümlə nəticələnən yol qəzası baş verib

Hacıqabulda ölümlə nəticələnən yol qəzası baş verib
12:12 22 Avqust 2017
111 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 avqust. REPORT.AZ/ Hacıqabul rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
"Report" Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə avqustun 21-də saat 18 radələrində rayonunun Padarçöl kəndi ərazisindəki əkin sahəsində qeydə alınıb.
Belə ki, Sabirabad rayon sakini Tahir Əliyev idarə etdiyi “MAZ” markalı avtomobili ilə iş görərkən avtomobilə minmək istəyən İmişli rayon sakini Ramazan Şıxalıyevi vurub. R.Şıxalıyev hadisə yerində ölüb.
Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/sabirabad-sakinini-yuk-masini-vuraraq-oldurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR