Azərbaycan İpoteka Fondu keçirdiyi tenderin müddətini uzadıb

Azərbaycan İpoteka Fondu keçirdiyi tenderin müddətini uzadıb
12:27 22 Avqust 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 22 avqust. REPORT.AZ/ "Azərbaycan İpoteka Fondu" ASC (AİF) 2017-ci il üzrə maliyyə hesabatlarının auditinin keçirilməsi üçün kənar auditorun seçilməsi ilə bağlı elan etdiyi açıq tenderin müddətini uzadıb.
Bu barədə “Report” Fondun Satınalmalar Komissiyasına istinadən xəbər verir.
Məlumatda deyilir ki, satınalma üzrə ilkin sənədlər sentyabrın 5-nə qədər, təklif zərfləri isə sentyabrın 14-nə qədər Cəmiyyətin Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti, 40 ünvanında yerləşən inzibati binasında qəbul ediləcək. Təklifin qüvvədə olma müddəti 14 noyabra qədər, təklifin təminatının qüvvədə olma müddəti isə 29 dekabra qədər müəyyən olunub.
Təkliflərə sentyabrın 15-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq. Satınalma ilə bağlı əlavə məlumat almaq üçün 441-24-23 (daxili 130) nömrəli telefona zəng etmək olar. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycan-i-poteka-fondu-kecirdiyi-tenderin-muddetini-uzadib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR