Sabirabadda 94 kiloqram çətənə kolları aşkar olunub

Sabirabadda 94 kiloqram çətənə kolları aşkar olunub
12:42 22 Avqust 2017
107 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 avqust. REPORT.AZ/ Daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində “Xaş-Xaş 2017” kompleks tədbirlər planına uyğun olaraq əməliyyat tədbirlərini davam etdirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinə rayonun Qaratəpə kənd sakini Ramil Əhmədovun yaşadığı evdə narkotik tərkibli kolların əkib-becərməsi barədə əməliyyat məlumatı daxil olub.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində R.Əhmədovun evinə baxış keçirilib. Baxış zamanı qeyd edilən evin həyətyanı sahəsindən ümumi çəkisi 86 kiloqram 500 qram olan 23 ədəd narkotik tərkibli çətənə kolu aşkar edilib.
Axtarış tədbirlərinin davamı olaraq həmin şəxsin yaşadığı evdən 3 ədəd şüşə balonda, 2 ədəd sellofan torbada, iki ədəd sintetik qabqa, 10 ədəd kibrit qutusunda ümumi çəkisi 3 kiloqram 200 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Həmçinin, evin otaqlarından birindən qurumaq üçün asılan ümumi çəkisi 7 kiloqram 500 qram olan olan 7 ədəd çətənə bitkisi də aşkar edilib.
Bundan əlavə, R.Əhmədovun üzərindən bir büküm çəkisi 0,10 qram olan heroin də aşkarlanıb.
Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, araşdırmalar və zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/sabirabadda-94-kiloqram-cetene-kollari-askar-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR