Ermənistan ordusunda növbəti RÜSVAYÇILIQ

Ermənistan ordusunda növbəti RÜSVAYÇILIQ
12:43 22 Avqust 2017
162 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən bölmələrində növbəti cinayətkar hadisələr qeydə alınıb.

Publika.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, hadisə Madagiz hərbi bazasında baş verib.

Məlumata görə, əsgərlər Asatryan və Arsen Markaryan taqım komandiri Aşot Gevorkyan tərəfindən vəhşicəsinə döyülüb. Hadisəyə səbəb onların yuyunma yerini təmizləməkdən imtina etməsi göstərilir. Hər iki əsgər hospitala yerləşdirilib.

Bundan başqa, elə həmin gün eyni alayda xidmət edən əsgər Qaqik Martirosyan da barmağı sındığı üçün hospitala yerləşdirilib. Hadisələrin əlaqəli olduğu güman edilir.

Ağdərə ətrafında yerləşən digər bölmədə odlu silahdan istifadə qaydalarının pozulması səbəbindən Hraç adlı əsgər barəsində açılan cinayət işi ilə əlaqədar hərbi qulluqçular Aram Mardinyan, Alyoşa Barseğyan, Apres Qriqoryan və Harutyun Hakopyan istintaqa cəlb olunublar.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/210676.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR