Qaradağ sakini həmyerlisini yumruqla vuraraq öldürüb

Qaradağ sakini həmyerlisini yumruqla vuraraq öldürüb
12:52 22 Avqust 2017
121 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 avqust. REPORT.AZ/ Qaradağ sakini həmyerlisini yumruqla vuraraq öldürüb.
“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.
Belə ki, avqustun 14-də Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində qəsəbə sakini Ruslan Dəmirovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.
Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla qəsəbə ərazisində R.Dəmirovla həmyerlisi Murad Zəkiyev arasında münaqişə baş verməsi, sonuncunun onun sinə nahiyəsinə yumruqla vurması nəticəsində yıxılıb ölməsi müəyyən edilib.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə M.Zəkiyev tutulub.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/qaradag-sakini-hemyerlisini-yumruqla-vuraraq-oldurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR