Norveç millisinin Azərbaycan və Almaniya ilə oyunlar üçün heyəti açıqlanıb

Norveç millisinin Azərbaycan və Almaniya ilə oyunlar üçün heyəti açıqlanıb
13:52 22 Avqust 2017
135 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 22 avqust. REPORT.AZ/ Norveç milli komandasının futbol üzrə 2018-cü il dünya çempionatının seçmə mərhələsində Azərbaycan və Almaniya yığmaları ilə görüşlər üçün heyəti açıqlanıb. “Report”un məlumatına görə, baş məşqçi Lars Laqerbek qarşıdakı oyunlara 24 oyunçu dəvət edib.
Onlardan 3-ü qapıçı, 8-i müdafiəçi, 9-u yarımmüdafiəçi, 4-ü hücumçudur.
Qapıçılar: Sten Mixael Qritebust ("Odense", Danimarka), Andre Hansen (“Rusenborq”), Rune Yarsteyn (“Herta”, Almaniya)
Müdafiəçilər: Haytam Alisami (“Palermo”, İtaliya), Omar Elabdellaui ("Hall Siti", İngiltərə), Birgir Melinq ("Rusenborq"), Hovard Nordtveyt ("Hoffenhaym", Tore Reginiussen ("Rusenborq"), Yonas Svensson (“Rusenborq”), Yorgen Şelvik ("Rusenborq"), Qustav Valsvik ("Ayntraxt" Braunşveyq, Almaniya)
Yarımmüdafiəçilər: Sander Berge ("Genk", Belçika), Jo İnge Berget ("Malmö", İsveç), Mats Müller Deli ("Sankt-Pauli", Almaniya), Mohamed Elyunussi ("Bazel", İsveçrə), Stefan Yohansen ("Fulhem", İngiltərə), Anders Konradsen ("Rusenborq"), Martin Linnes ("Qalatasaray", Türkiyə), Ole Kristian Selnes ("Sent-Etyen", Fransa), Anders Trondsen ("Rusenborq")
Hücumçular: Alexander Sörlot ("Midtyulland", Danimarka), Coşua Kinq ("Bornmut", İngiltərə), Byörn Maars Yonsen ("Den Haq", Hollandiya), Tarik Elyunussi ("Olimpiakos", Yunanıstan)
Qeyd edək ki, Norveç millisi Azərbaycanla sentyabrın 1-də evdə, Almaniya ilə isə sentyabrın 4-də səfərdə üz-üzə gələcək.

Xəbərin orijinal ünvanı: https://report.az/dc-2018/norvec-millisinin-azerbaycan-ve-almaniya-ile-oyunlar-ucun-heyeti-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR