“Tekfen Holding”in qurucularından biri vəfat edib

“Tekfen Holding”in qurucularından biri vəfat edib
13:52 22 Avqust 2017
135 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 22 avqust. REPORT.AZ/ Türkiyənin “Tekfen Holding” şirkətinin qurucularından biri Feyyaz Berker vəfat edib.
“Report” "Habertürk"ə istinadən xəbər verir ki, o, 1925-ci ildə Mersində anadan olub, hərbi xidmətdən sonra Esenboğa hava limanında əmək fəaliyyətinə başlayıb.
1956-cı ildə sinif yoldaşı Nihat Gökyigitlə “FN” müşavirlik şirkətini qurublar. Bu şirkət sonradan “Tekfen Holding” şirkəti olub. 
Hazırda holdinq Türkiyə, Orta Şərq, Afrikanın şimalı, Qafqaz, Şərqi və Çərkəzi Avropada böyük layihələr həyata keçirir.

Xəbərin orijinal ünvanı: https://report.az/region/tekfen-holding-in-qurucularindan-biri-vefat-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR