Cinayətdən sonra SİM kartı sındırıb atmısınız?

Cinayət törədənlərin əksəriyyəti tutduqları əməldən sonra dərhal işlətdikləri mobil nömrənin SİM kartını sındıraraq atır. Bəs, bu yolla məsuliyyətdən yayınmağa çalışanların axtarışları hansı şəkildə aparılır?

Metbuat.az-a açıqlama verən DİN-in mətbuat xidmətinin Kütləvi İnformasiya Vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İlham Babayev məsələyə münasibət bildirib:

“Bu cür hallar araısıra olur. Ancaq olan kimi də polis tərəfindən aşkarlanır. Azərbaycan MDB və Qərbi Avropa dövlətləri arasında baş vermiş cinayətlərin açılmasına görə uzun illərdir ki, liderliyini qoruyub saxlaya bilib. Üsulundan asılı olmayaraq kimsə törətdiyi cinayət əməlinə görə məsuliyyətdən yaxa qurtaracağına ümid edirsə, yanılır. Polis haqqında və əməliyyat-axtarış fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanunları və digər normativ aktları rəhbər tutaraq fəaliyyət göstərən Azərbaycan polisinin qeydə alınan bütün cinayət hadisələrinin açılmasına yetərincə imkanları var”.

ABŞ Şimali Koreyaya hücum edə bilər? - AÇIQLAMA-Oxumaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR