Əmlak Məsələləri Dövlət Komitəsi 110 hərrac keçirib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu gün növbəti hərrac keçirilib.

Komitədən Metbuat.az-a verilən məlumata görə, hərracda özəlləşdirilən əmlaklardan 6-sı kiçik dövlət müəssisəsi, 5-i istifadəsiz qeyri yaşayış sahəsi, 2-si isə nəqliyyat vasitəsidir. Bakı şəhəri üzrə 3 istifadəsiz qeyri yaşayış sahəsi, 2 nəqliyyat vasitəsi, respublikanın digər şəhər və rayonları üzrə 6 kiçik dövlət müəssisəsi və 2 istifadəsiz qeyri yaşayış sahəsi özəlləşdirilib.

Hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahəsi ilə birgə özəlləşdirilib. Torpaq sahəsi ilə birgə özəlləşən əmlaklar, hərracda cəlb ediciliyini yüksəltməklə daha çox investor marağını artırır. Belə obyektlərə Sumqayıt şəhərində yerləşən “Şəfəq kafesi”, İmişli rayonunda olan “Tərəvəz Anbarı”, Göyçaydakı “Taxıl Məhsullarının emalı və satışı müəssisəsi” aiddir. Qeyd edilməlidir ki, “Şəfəq kafesi”nin torpaq sahəsi 320 kv.m-ə yaxın, ümumi faydalı sahəsi isə 121 kv.m, “Tərəvəz Anbarının torpaq sahəsi 574 kv.m, ümumi faydalı sahəsi isə 2234 kv.m, “Taxıl Məhsullarının emalı və satışı müəssisəsi”nin isə torpaq sahəsi 6452 kv.m, ümumi faydalı sahəsi 213 kv.m təşkil edir.

Regionlarda da hərraclar keçirilib. Hərracın gedişatı böyük monitorlar vasitəsilə canlı izlənilib. Qeyd edək ki, bölgələrdə özəlləşdirilən 6 kiçik dövlət müəssisəsinin 3-ü İmişlidə, qalanları isə Göyçayda, Xaçmazda, Sumqayıtda yerləşir.

Qeyd edək ki, hərracda özəlləşdirilən qeyri-yaşayış sahələrinin 3-ü paytaxtda, 2-si isə regionda yerləşir. Paytaxtda özəlləşdirilən qeyri-yaşayış obyektinin 2-si Nəsimi, digəri Nizami rayonunda yerləşir. Bölgədə özəlləşdirilən qeyri-yaşayış sahəsinin hər ikisi Mingəçevir şəhərindədir. Özəlləşdirilən əmlakların sahəsi 15 kv.m ilə 49 kv.m arasında dəyişir.
Daha az investisiya tələb edən əmlaklar da hərracda özəlləşdirilib. Bunlardan biri Gəncə şəhərində yerləşən sahəsi 37 kv.m olan qeyri-yaşayış sahəsidir.

Özəlləşdirilən nəqliyyat vasitəsinin markaları isə Hyundai Sonata və QAZ-3307-dir. Avtomobillər müvafiq olaraq 2007-ci il və 2008-ci ilin buraxılışıdır.

2017-ci ildə ümumilikdə 110 hərrac keçirilib. Xarici investorların da özəlləşdirməyə cəlb edilməsi, hərraclara qatılması istiqamətində işlər aparılır. 500-ə yaxın şirkətə, 40-a yaxın investisiya, beynəlxalq konsaltinq şirkətinə, özəlləşdirmə prosesi, ölkədə mövcud olan investisiya mühiti, özəlləşdirmənin faydaları, üstünlükləri, hərraclar və digər məsələləri əhatə edən müraciətlər ünvanlanıb.

Hazırda sadə prosedura əsasən hərraca qatılmaq üçün Özəlləşdirmə portalı üzərindən əmlakı seçib sifariş vermək kifayət edir. Portalda hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə fotoşəkillər və mətn məlumatları var. Portaldan istifadə edənlərin sayı 800 mindən artıqdır.

SORĞU: “Qız qalıb qızıla dönər”, bəs oğlan qalıb nəyə dönər? - VİDEO - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR