Qvardioladan ilginc açıqlama: Messi "Mançester Siti"də?

Qvardioladan ilginc açıqlama:   Messi "Mançester Siti"də?
14:17 22 Avqust 2017
184 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Lionel Messinin komandasına transferi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. 


Fanat.Az xəbər verir ki, mütəxəssis argentinalı ulduz üçün transfer rekordunun qırıla biləcəyini düşünür. Qvardiola bildirib ki, Messinin müqaviləsindəki 300 milyon avroluq təzminatın ödənilə biləcəyini deyib. 


Messi "Barselona" ilə hələ yeni müqavilə imzalamayıb. Bu vəziyyət onun komandadan ayrılacağı ilə iddiaları gücləndirir. Qvardiola isə bildirib ki, Neymarın 222 milyonluq təzminatının ödənilərək PSJ-yə transferindən sonra Messi ilə bağlı da analoji vəziyyət baş verə bilər. 



"Əgər biriləri bu qədər xərcləmək istədiyi pul varsa, Messinin müqaviləsindəki təxminatı ödəyə bilər" deyə ispan mütəxəssis bildirib.


Qeyd edək ki, Messinin müqaviləsi 2018-ci ildə başa çatacaq. Bir müddət əvvəl argentinalı futbolçunun yeni müqaviləni razılaşdırdığı deyilsə də, hələ imza ağtmayıb. Bu günlərdə isə onun 300 milyon avroya "Mançester Siti"yə transfer olunacağı barədə xəbərlər yayılıb.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-qvardioladan-ilginc-acqlama-t60078.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR