SON DƏQİQƏ: Bakının mərkəzində mağaza yanır

Bakının Neftçilər prospektində yerləşən mağazada baş vermiş yanğın söndürülüb.

Bu barədə Metbuat.az-a Fövqəladə Hallar Nazirliyinindən məlumat verilib.

Qurumdan bildirilib ki, yanğın mağazanın mətbəxində başlayıb. İşçilər yemək hazırlayarkən ehtiyatsızlığa yol verib və nəticədə yanğın baş verib. Nəticədə alov mağazanın digər hissəsinə də keçib.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə cəlb edilib və yanğının qarşısı alınıb. Hazırda yanğın söndürülüb.

Xatırladaq ki, hadisə Neftçilər prospekti ilə Yusif Məmmədəliyev küçəsinin kəsişməsində fəaliyyət göstərən “Dolce & Gabbana” mağazasında qeydə alınıb.

-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

Bakının mərkəzində mağaza yanır.

Məlumata görə, hadisə Neftçilər prospektində, Kukla Teatrının yaxınlığında qeydə alınıb. Geyim əşyaları satılan mağazada baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. //APA

Dollar cüzi bahalaşdı - Hərrac - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR