Ali məktəblərin boş qalan yerlərinə qəbul olan abituriyentlərin siyahısı dərc olunub

Ali məktəblərin boş qalan yerlərinə qəbul olan abituriyentlərin siyahısı dərc olunub
14:22 22 Avqust 2017
153 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 avqust. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının 9-cu nömrəsini nəşr edib. 
DİM-dən "Report"a verilən məlumata görə, jurnalda 2017/2018-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olmuş abituriyentlərin siyahısı, müsabiqə nəticəsində ixtisasların həm ödənişli əsaslarla olan yerləri, həm də dövlət sifarişli yerləri üzrə formalaşmış keçid balları Azərbaycan və rus dillərində təqdim olunub.
Jurnalı Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanlarında yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.
Jurnalın elektron versiyasını (pdf formatında) DİM saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz (xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/ali-mekteblerde-bos-qalan-yerlerine-qebul-olan-abituriyentlerin-siyahisi-derc-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR