Azərbaycan taekvondoçusu Universiadada erməni rəqibinə qalib gələrək finala yüksəlib

Azərbaycan taekvondoçusu Universiadada erməni rəqibinə qalib gələrək finala yüksəlib
14:27 22 Avqust 2017
148 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 22 avqust. REPORT.AZ/ Azərbaycan taekvondoçusu Ayxan Tağızadə Tayvanda təşkil edilən XXIX Yay Universiadasında finala vəsiqə qazanıb.
“Report”un məlumatına görə, 68 kq çəki dərəcəsində dayanq üzərinə çıxan 21 yaşlı idmançı Fabio Mattelə (Fransa) 19:7, Yakob Barnettə (Böyük Britaniya) 17:9 və Xavier Perezə (İspaniya) isə 9:7 hesabı ilə qalıb gələrək yarımfinala vəsiqə qazanıb.
Final uğrunda qarşılaşmada erməni rəqibi Sergey Vardazaryana (31:14) şans verməyən Tağızadə, həlledici görüşdə rusiyalı Boris Krasnovla döyüşəcək.
Qeyd edək ki, yığmanın digər üzvü Qaşım Maqomedov (54 kq) ilk rəqibi indoneziyalı Embrion Hidayətullaha (29:19) qalib gəlsə də, Avstraliya təmsilçisi Malkom Levisə uduzaraq (10:12), mübarizəni dayandırıb.


Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azerbaycan-taekvondocusu-ermeni-reqibine-qalib-gelerek-finala-yukselib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR