Putin və Sarkisyan Dağlıq Qarabağ üçün Soçidə görüşəcək

Putin və Sarkisyan Dağlıq Qarabağ üçün Soçidə görüşəcək
14:28 22 Avqust 2017
39 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putin avqustun 23-də Ermənistan prezidenti Serj Sarkisyanla Soçidə görüşəcək.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda Kremlin mətbuat xidmətinin xəbərində deyilir.

“Gözlənilir ki, iki ölkənin liderləri Rusiya-Ermənistan münasibətlərinin aktual məsələləri, Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində əməkdaşlığın inkişafı perspektivlərini müzakirə edəcəklər”, - xəbərdə bildirilir.

Liderlər həmçinin ən vacib beynəlxalq və regional mövzular və Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə fikir mübadiləsi edəcəkilər.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/210692.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR