Bu yazını oxuyandan sonra Finlandiyaya köçmək istəyəcəksiniz - İDEAL TƏHSİL

Bu yazını oxuyandan sonra Finlandiyaya köçmək istəyəcəksiniz - İDEAL TƏHSİL
14:38 22 Avqust 2017
167 Digər
Ölkə mətbuatı
A- A+

Araşdırmalar sübut edib ki, finlandiyalı məktəblilər planetin ən uğurlu şagirdləri sırasında ön cərgələrdədir. Onlar gün ərzində məktəbdə daha az zaman keçirir, ev tapşırıqlarına ən çox 30 dəqiqə zaman sərf edirlər. Publika.az dünyanın qibtə etdiyi Finlandiya təhsil sistemi haqda yazını təqdim edir.

Finlandiyada təhsil ödənişsizdir. Gündəlik nahar, ekskursiyalar, məktəb ləvazimatları da uşaqlara pulsuz təqdim olunur. Uşaq məktəbə 2 km-dən artıq məsafədə yaşayırsa, onu dərsə xüsusi avtobuslar aparır. Bu xərclərin hamısını dövlət öz üzərinə götürür. Finlandiya hakimiyyəti ölkə büdcəsinin 12,2 %-ni təhsilə ayırır.

13. Hər bir şagirdə qarşı fərdi yanaşma

Burada şagirdlər müxtəlif çətinlikdə tapşırıqlar həll edirlər. Məsələn, çox bacariqlı və zəif bilikli şagird bir sinifdə təhsil alırlar. Əgər məktəbli tapşırığın öhdəsindən gələ bilmirsə, müəllimlər onun üçün əlavə məşğələlər təşkil edirlər. Xarici millətdən olan şagirdlər üçün isə fin dili kursları fəaliyyət göstərir.

Finlandiyada hesab edirlər ki, şagird özü üçün faydalı olan fənləri seçmək iqtidarındadır. Əgər, bir dərsi sevmirsə, o müddətdə kitab oxuya, idmanla məşğul ola bilər.

12. Finladiya məktəblərində qiymət sistemi

Finlandiyada qiymətləndirmə 10 ballıq sistemlə aparılır. 3-cü sinifədək uşaqlara qiymət qoyulmur. 3-7-ci siniflər arası isə qiymətləndirmə şifahi şəkildə olur. Müəllim tapşırığın həllinə görə yaxşı, əla deyə bilər. Bal sisteminə keçiddən sonra isə qiymət yalnız şagirdin özünə açıqlanır. Finlandiyada aldığı bala görə şagirdlərı cəzalandırmırlar. Əksinə, bu sistem onları ruhlandırmaq üçün mövcuddur.

11. Dərslərə hətta yataq geyimində də gəlmək olar

Finlandiya məktəblərində forma yoxdur. Ümumiyyətlə, şagirdlərə geyim qadağası qoyulmur. Çox vaxt şagirdlər dərsdə ayaqqabılarını da çıxardırlar.

10. Dərs vaxtı döşəmədə, rahat oturacalarda oturan qayğısız fin şagirdləri

Bu öklənin məktəblərində şagirdlər parta arxasında əyləşməyə məcbur deyillər. Dərs müddətində ya rahat oturacaqlarda, yaxud döşəmədə otura bilərlər. Havalar isinəndə isə təmiz havada yaşıl otların üstündə əyləşib dərs dinləyə bilərlər.

9. Ev tapşırıqları azdır

Finlandiya müəllimləri hesab edirlər ki, uşaqlar dincəlməli, valideynləri ilə zaman keçirməlidirlər. Ev tapşırıqları onların ən çox yarım saat zamanlarını ala bilər. Bu proses isə olduqca əyləncəlidir. Uşaqlar 50-ci illərlə zəmanəmizin fərqini aydınlaşdırmaq üçün evdəki böyüklərlə müsahibə təşkil edə bilərlər.

7. Bir sıra fin məktəblərində bütün fənləri dərsliklərdən çıxardıblar.

Fin təhsil sisteminin yeni nailiyyətlərindən biri də konret fənlər əvəzinə azad tədris sistemidir. Bu dərslərdə kitabdan istifadə olunmur. Şagirdlər mövcud vəziyyət üzərində mülahizələr irəli sürür, müzakirə aparırlar. Məsələn, sinifdə olan əcnəbi şagirdlər coğrafya fənnində öz ölkələri haqda məlumat verirlər. Mədəniyyət dərsində məktəblilərin digər xalqların mədəniyyəti haqda nə bildikləri müzakirə edilir və s.

6. Dünyanın ən uzun tənəffüsləri

Dərs oxumaq nə qədər əyləncəli olsa da, şagirdlərin sevimli vaxtı tənəffüs müddətidir. Odur ki, fin şagirdləri hər 45 dəqiqə dərsdən sonra 15 dəqiqə tənəffüs vaxtına ayrılırlar.

5.Finlandiyanın əvəzsiz müəllimləri

Helsinki Peddoqoji Universitetində 1 yer uğrunda 20 abituriyent mübarizə aparır. Finlandiyada müəllimin aylıq məvacibi 3500 avrodur. Burada müəllimlik peşəsi ən yüksək zirvə deməkdir. Sərt tədris metodları yoxdur. Hər bir müəllim tədris edəcəyi metodikanı özü seçir.

4.Finlandiyanın “həyat” məktəbləri

Finlandiya məktəblərində şagirdlərə yalnız həyatda ehtiyac duyacaqları problemlərin çözümü öyrədilir. Məsələn, üzgüçülük dərsində şagirdlər boğulan insanı sudan çıxarmağın üsullarını öyrənirlər. Evdarlıq dərsində tikmək, toxumaq, yemək hazırlamaq tədris edilir. Onlar üçün sayt hazırlamaq olduqca sadə məşğuliyyətdir. Finlandiyada şagirdlərə əzbərçilik deyil, məntiqli düşüncə aşılanır.

3. Bütün məktəblər gözəl və müasirdir.

Finlandiyada adətən məktəb seçmirlər. Evə hansı yaxındırsa, uşaqlar onu seçirlər. Burada ödənişli “bahalı” məktəblər yoxdur. Harda yaşamağından asılı olmayaraq, şagird yüksək səviyyəli təhsil alacaq.

2. Şagirdlər nə yeyəcəklərinə özləri qərar verirlər

Finlandiya məktəblərində nahar ödənişsizdir. Məktəb bufetlərində geniş çeşid seçimi var. Şagir bir ay öncədən məktəbin saytına girib, aylıq menyusunu seçir. Burada pəhriz yeməklərindən tutmuş, vegetarian qidasınadək hərşey var.

Əyləncənin ünvanı - Finlandiya məktəbləri

Bəzən şagirdlər öz yastıqlarını da götürüb məktəbə gəlirlər. Gecəni müəlimləri və sinif yoldaşları ilə birgə məktəbdə keçirirlər. Film izləyir, müxtəlif oyunlar oynayır, gecəni isə məktəbin yataqlarında yatırlar. Səhər isə onları dadlı yeməklər və dondurma gözləyir.

Finlandiya məktəblərinin kitabxanalarında xüsusi təlim keçmiş itlər işləyir. Onlar uşaqlarda qiraətə sevgi aşılayırlar. Kitab oxuyub, hekayə söyləyən uşaqları səbrlə dinləyirlər.

Bu ideal təhsil sistemi hər il öz bəhrəsini verir. Finlandiya şagirdləri dünyanın ən savadlı və dünyagörüşlü şagirdləri sayılır.

Leyla Sarabi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/210660.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR