Bu ilin ilk 6 ayı ərzində qanvermə aksiyasında iştirak edənlərin sayı açıqlanıb

Bu ilin ilk 6 ayı ərzində qanvermə aksiyasında iştirak edənlərin sayı açıqlanıb
14:42 22 Avqust 2017
134 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 avqust. REPORT.AZ/ Bu ilin ilk 6 ayı ərzində ölkə üzrə keçirilən qanvermə aksiyalarında 18884,1 litr qan tədarük edilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən mlumata görə, keçirilən 177 qanvermə aksiyasında 39756 nəfər donor iştirak edib.
Donor qanın əksər hissəsi Mərkəzi Qan Bankında, Milli Onkologiya Mərkəzində, MQB Gəncə Bölməsində və Kliniki Tibbi Mərkəzdə toplanılıb.
Tədarük olunan qan və komponentlərindən hemofiliyalı və talassemiyalı xəstələrə, həmçinin, qana ehtiyacı olan bütün şəxslərin müalicəsində istifadə olunacaq.
Nəzərə almaq lazımdır ki, qan vermək üçün aşağı yaş həddi 18, yuxarı yaş həddi isə 65 olmalıdır. Lakin bəzi hallarda donorun yol verilən yaşı barədə qərarı (50 yaşdan yuxarı) konkret halda həkim qəbul edir.
Qan verməmişdən 72 saat əvvəl aspirin, analgin, no-şpa və s. kimi qanı durulaşdıran dərmanları qəbul etmək olmaz. Siqaret çəkməkdən çəkinmək məsləhət görülür (siqaretçəkmə donorluq üçün əks-göstəriş deyil, lakin həkimlər qan verməzdən bir saat əvvəl və bir saat sonra siqaret çəkməyi məsləhət görmürlər. Çünki qana düşən nikotinin zəhərli təsiri pasiyentlər üçün, xüsusən yeni doğulan körpələr üçün təhlükəlidir. Həmçinin bu, donorun əhvalına pis təsir edə bilər).

Xəbərin orijinal ünvanı: https://report.az/sehiyye/bu-ilin-ilk-6-ayi-erzinde-qanverme-aksiyasinda-istirak-edenlerin-sayi-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR