İtaliyanın yeni səfiri TAP layihəsinin tikintisindəki vəziyyətlə bağlı Azərbaycan tərəfini məlumatlandırıb

İtaliyanın yeni səfiri TAP layihəsinin tikintisindəki vəziyyətlə bağlı Azərbaycan tərəfini məlumatlandırıb
14:52 22 Avqust 2017
139 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 avqust. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov İtaliyanın Azərbaycana yeni təyin olunan səfiri Auqusto Massarini qəbul edib.
Azərbaycan XİN-dən "Report"a verilən məlumata görə, səfir etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.
E.Məmmədyarov Auqusto Massarini Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb. 
A.Massarini iki ölkə arasında əlaqələrin daha da inkişafı naminə səylərini əsirgəməyəcəyini vurğulayıb. O, həmçinin, TAP layihəsinin İtaliya ərazisində tikintisi ilə bağlı görülən işlərin son vəziyyətinə dair Azərbaycan xarici işlər nazirinə məlumat verib.
Görüşdə Azərbaycan və İtaliya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafı qeyd olunub, xüsusilə siyasi, iqtisadi və enerji sahələrində əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edilib. İki ölkə arasında mədəniyyət, turizm, nəqliyyat, kənd təsərrüfatı, humanitar, əczaçılıq və tibb sahələrində əməkdaşlıq üçün əlverişli imkanların mövcudluğu vurğulanıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/i-taliyanin-yeni-sefiri-tap-layihesinin-tikintisindeki-veziyyetle-bagli-azerbaycan-terefini-melumatla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR