Cəlilabadda 5 mərtəbəli yaşayış binasında yanğın baş verib, 3 nəfər təxliyyə olunub

Cəlilabadda 5 mərtəbəli yaşayış binasında yanğın baş verib, 3 nəfər təxliyyə olunub
14:57 22 Avqust 2017
146 Ölkə
Ölkə mətbuatı
A- A+

Cəlilabad. 22 avqust. REPORT.AZ/ Cəlilabad rayonunda 5 mərtəbəli yaşayış binanın ikinci mərtəbəsində yanğın olub. 
"Report”un Aran bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Azərbaycan küçəsində Famiz Vəli oğlu Vəliyevə məxsus mənzildə qeydə alınıb. 
Yanğın üç otaqlı evin otaqlarından birində başlayıb. Mənzildə kimsə olmadığından hadisədən ilk olaraq qonşular xəbər tutub və yanğınsöndürənlərə xəbər veriblər. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Cəlilabad rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb. Ümumilikdə 12 kvadratmetrdən ibarət otaqlardan biri yanaraq yararsız hala düşüb.
Binanın yuxarı mərtəbələrinə tüstü dolduğundan köməksiz vəziyyətdə qalan üç nəfər yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. 
Yanğının başvermə səbəbləri araşdırılır. 






Xəbərin orijinal ünvanı: https://report.az/hadise/celilabadda-5-mertebeli-yasayis-binasinda-yangin-bas-verib-3-nefer-texliyye-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR